22 sentyabr 2015 18:00

Xəzər Lənkəranın 100-cü heç-heçəsi

Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə səfər oyununda bərabərliyə (1:1) nail olan “Xəzər Lənkəran” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, keçirdiyi 338 qarşılaşmada 158 qələbə və 80 məğlubiyyəti də olan “ağ-yaşıllar” 51 dəfə evdə, 49 dəfə səfərdə 1 xal əldə edib.

Komanda 2013/14 mövsümündə daha çox – 13 heç-heçə edib. Hesabında 41 dəfə 1:1 və eyni sayda 0:0 olan “Xəzər Lənkəran” 18 qarşılaşmada daha qollu (2:2) “sülh”ə imza atıb. Komandanın ən çox heç-heçə etdiyi komandalar “Neftçi” və “İnter”dir – hərəsi ilə 15 dəfə.

Bakıda keçirilən qarşılaşma “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin “Böyük oyun”larda 3-cü qolu ilə əlamətdar olub. Ardıcıl ikinci dəfə “Neftçi” ilə qarşılaşmada fərqlənən yarımmüdafiəçi klubun heyətində “Böyük oyun”larda ən çox qol vuran futbolçu adına şərik olub. Rahidədək Manuel Skarlatake və Julius Vobay da “Neftçi”ni 3 dəfə məyus etmişdi.
 
Ümumilikdə isə Əmirquliyev “Xəzər Lənkəran”da 22-si çempionatda olmaqla 32-ci qolunu vurub. Hər iki göstəricidə 3-cü olan yarımmüdafiəçi Zaur Ramazanov (cəmi 44, çempionatda 33) və Samir Əliyevdən (cəmi 34, çempionatda 24) geri qalır.

Penalti dəf edən Orxan Sadıqlı isə “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib. Qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk qapıçı olub. Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.

Qeyd edək ki, “Böyük oyun” iki futbolçu üçün “Xəzər Lənkəran”da əlamətdar matç olub. Tural Cəlilov 60-cı, Elşən Rzazadə 25-ci dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.