22 sentyabr 2015 17:00
Neftçi braziliyalı müdafiəçi ilə müqavilə bağladı
“Neftçi” PFK müdafiəçi Jayro Rodriqes Filyo ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, anlaşmaya əsasən, braziliyalı futbolçu ilin sonunadək bu komandanın şərəfini qoruyacaq.
Filyo “Neftçi”də 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jayro bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.
