22 sentyabr 2015 16:45
Məsut Dəmirtaş: Qəbələ ilə əməkdaşlığa başlamağımıza səbəb komandanın Avropadakı uğurlarıdır
Türkiyənin "Sarar" firmasının əməkdaşı Məsut Dəmirtaş "Qəbələ" ilə əməkdaşlıq etməyə başlamalarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz 1996-cı ildən Türkiyə yığması ilə çalışırıq. "Beşiktaş" və "Trabzonspor"la əməkdaşlıq edirik. "Qalatasaray" kimi komanda ilə çalışmışıq. "Qəbələ" ilə əməkdaşlığa başlamağımıza səbəb isə bu komandanın Avropa arenasındakı uğurlarıdır. Ümid edirik ki, bu komanda qrupdan da çıxmağı bacaracaq".
