Mustafa Aztopal: Qəbələdə çalışmaqdan qürur duyacağam
"Qəbələ"nin yeni kommersiya direktoru Mustafa Aztopal bu təyinatı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu gündən etibarən "Qəbələ"də çalışmağa başlayıram. Bu klubla Toni Adamsın vasitəsi ilə tanış oldum. Klubun təklifini də böyük sevinclə qəbul etdim. Burada çalışmaqdan qürur duyacağam. Qardaş ölkədə çalışmaq mənim üçün xoşdur. "Sarar"la müqavilə bağlamağımıza gəlincə, bu, brend olmaq yolunda önəmli addımlardan biridir".
Vaxtilə hakim kimi fəaliyyət göstərmiş Aztopal ötən gün baş tutan "Qəbələ" - "Sumqayıt" matçının (1:0) hakimliyindən danışmaq istəməyib: "Əvvəllər hakim olmuşam. Amma Azərbaycanda hakimlərin idarəçiliyini şərh etməyəcəyəm. Bu, mənim işim deyil. Baxmayaraq ki, ötən gün hakimlər oyunu yaxşı idarə etdilər".
