22 sentyabr 2015 16:15
Toni Adams: Qəbələ digər komandalardan daha yaxşı geyimdə olmalıdır
"Qəbələ"nin idman direktoru Toni Adams klubun "Sarar"la əməkdaşlığa başlamasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Beş ildir burada çalışıram. Azərbaycan dilində hələ yaxşı danışa bilməsəm də, öyrənməyə çalışıram. "Panatinaikos"un futbolçuları "Qəbələ" ilə oyunlarda yaxşı geyimlərdə idilər. Həmin vaxt klub prezidentinə söylədim ki, biz də yaxşı geyinməliyik. Avopa Liqasında Rusiya və Almaniya klubları ilə oyunlarımız zamanı rəqiblərimizdən daha yaxşı geyimdə olmalıyıq. Fikrimcə, "Sarar"ın sayəsində digər komandalardan daha yaxşı geyimlərdə olacağıq. Yeni kommersiya direktorumuza da uğurlar arzulayıram".
