22 sentyabr 2015 16:00
Qəbələ üçün yeni direktor və tərəfdaş
"Qəbələ" klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, mərasimdə klubla bağlı bir sıra yeniliklərə aydınlıq gətirilib.
Belə ki, bölgə klubu məşhur "Sarar" firması ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən bundan sonra "Qəbələ"nin forma və digər geyimlərini sözügedən şirkət təmin edəcək. Hansı ki, Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klublarını da idman geyimləri ilə məhz sözügedən şirkət təmin edir.
"Qəbələ" ilə bağlı daha bir yenilik klubun kommersiya direktoru postunun yaradılmasıdır. Bu posta da türkiyəli iş adamı təyin olunub. Bu, vaxtilə qardaş ölkədə hakimliklə məşğul olmuş Mustafa Aztopaldır.
