22 sentyabr 2015 15:15
Zair Həşimov: Qarabağın qrupdan çıxmaq şansı azdır
"Qarabağ"ın sabiq futbolçusu Zaur Həşimov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" "Tottenhem"ə qarşı yaxşı oynadı. Amma istər-istəməz, səviyyə fərqi sözünü dedi. Bu gün üçün İngiltərə, Almaniya klubları üzərində qələbə qazanmaq bizim üçün bir arzudur. Biz hələlik, yalnız "Qarabağ"ın Londonda oynaması ilə fəxr edə bilirik. Etiraf edim ki, komandamızın qrupdan çıxmaq şansı azdır. Ağdam klubu sanki Çempionlar Liqasının qrupuna düşüb. Bütün rəqibləri güclüdür. Ona görə də qrupdan çıxmaq şansımızın az olduğunu düşünürəm".
