22 sentyabr 2015 15:00

Vitali Borisov: Slovakiya ilə cavab matçında da üstün olduğumuzu sübut etməliyik

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Vitali Borisov AÇ-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiyaya qarşı cavab oyunu (ilk oyun 3:1) öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Slovakiya ilə cavab oyunu öncəsi nə düşünürsünüz?
- İlk oyunda biz daha artığına ümid edirdik. 3:1 hesablı qələbə bizim hələ AÇ-2016-ya vəsiqə qazandığımızı deməyə əsas vermir. Bizi çətin cavab görüşü gözləyir.

- Hər halda ilk oyunun nəticəsinə görə sizi cütün favoriti saymaq olar?
- Düzdür, 3:1 hesablı qələbə minimal üstünlükdən və ya heç-heçədən yaxşıdır. Amma 3-4 top fərqi ilə qələbə qazanmağımız daha yaxşı olardı.

- İlk oyun həm də Azərbaycan millisinin rəqibindən güclü olduğunu göstərdi. Bu, bizim şansımızı artırır?
- İlk oyuna əsasən belə demək olar. Amma biz öz üstünlüyümüzü cavab görüşündə də göstərməliyik.

- Səfərdə oynadığımızı nəzərə alsaq, fərqli oyun sərgiləyəcəksiniz?
- Baş məşqçinin bizə necə oynamağı tapşıracağından asılıdır. Əlbəttə, rəqibin də necə oynamasından çox şey asılıdır. Ola bilər ki, rəqibimiz ilk dəqiqələrdən beş meydan oyunçusu ilə çıxış etsin. Slovakiya bu taktikada çox güclüdür. Onlar bizə qədərki son oyunlarının hamısını elə keçiriblər. Hətta qalib gəldikləri, heç-heçə etdikləri halda da.

- Komandada arxayınlıq yoxdur ki?
- Qətiyyən! 3:1 futzalda elə də böyük üstünlük deyil. Ona görə də ilk dəqiqələrdən diqqətli oynamalıyıq.

- AÇ-2016-nın final mərhələsinin qoxusunu hiss edirsiniz?
- Hələ yox. Ümid edirəm ki, slovaklarla cavab matçından sonra hiss edəcəyik. Yeganə sevindirən məqam Slovakiyaya yaxşı əhval-ruhiyyədə gəlməyimizdir. İlk oyunda qələbə qazanmağımız da vacibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.