22 sentyabr 2015 14:45
Qarabağ Neftçini yeni inşa olunmuş stadionunda qəbul etmək istəyir
"Qarabağ" Topaz Premyer Liqasının 6-cı turunda qarşılaşacağı "Neftçi"ni yeni inşa etdirdiyi stadionunda qəbul etmək istəyir. Azerisport.az xəbər verir ki, Ağdam klubu artıq bununla əlaqədar Peşəkar Futbol Liqasına müraciət də ünvanlayıb.
PFL də öz növbəsində arenanı təftiş etmək üçün öz nümayəndələrini sözügedən məkana yollayıb. PFL nümayəndələri arenanı Premyer Liqa oyunlarının keçirilməsinə hazır saysa, "Neftçi" ilə görüşün burada keçirilməsi istisna deyil.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması sentyabrın 26-da baş tutacaq.
