22 sentyabr 2015 14:30
Kamran Ağayev Karşıyakanın kubok matçına çıxmayacaq
Sabah Türkiyə Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verri ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka" səfərdə "Kurtalanspor"la qarşılaşacaq.
Lakin millimizin qolkiperi bu oyunda meydana çıxmayacaq. Belə ki, məşqçilər korpusu bu görüşdə Ağayevə istirahət vermək fikrindədirlər. Ona görə də Kamranı digər qolkiperlərdən biri əvəzləyəcək.
