22 sentyabr 2015 14:15
İspanlar Neftçinin qapıçısını almağa hazırdır
12 yaşlı azərbaycanlı qapıçı Eldar Tağızadə tezliklə İspaniyanın uşaq futbol məktəblərindən birinə keçə bilər. Azerisport.az xəbər verir ki, ispaniyalı məşqçilər artıq Eldarın valideynlərinə bununla bağlı təklif göndəriblər. Hazırda onların bu dəvətə hansı cavabı verəcəyi gözlənilir.
Tağızadə artıq İspaniyada olub və yaxşı təsir bağışlayıb. Buna qədər isə o, İtaliyanın "Yuventus" klubunda toplanışda olmuşdu. İtaliyada belə istedadlı əcnəbi uşaqları klubun futbol məktəbinə yalnız 14 yaşından sonra götürürlər. Amma ispanlar 12 yaşdan etibarən bunu etməyə hazırdırlar.
Qeyd edək ki, Tağızadə "Neftçi"nin uşaq futbol məktəbində bu oyunun sirrlərinə yiyələnir.












