22 sentyabr 2015 13:15
Orxan Sadıqlı Kamran Ağayevlə Dmitri Kramarenkonu qabaqladı
Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi" ilə oyunda penaltini dəf edən Orxan Sadıqlı “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk cənublu qapıçı olub.
"Xəzər Lənkəran"ın keçmiş qolkiperləri Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.
