22 sentyabr 2015 00:30

Vitali Vernidub: Qəbələ növbəti oyunlarda daha yaxşı çıxış edəcək

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi

- Həftəiçi Avropa Liqasında Yunanıstan PAOK-una qarşı oyunun ardından "Sumqayıt"la çempionat görüşü baş tutdu. Bu, sizi yormur?
- Belə qrafiklə oynamaq Avropanın aparıcı çempionatlarında çıxış edən klublar üçün normal haldır. Məsələn, İngiltərə klubları üçün. Biz də belə gərgin qrafikə alışmağa çalışırıq. Oynamaq məşq etməkdən daha yaxşıdır.

- "Qəbələ"nin iki cəbhədə mübarizə aparmaq üçün gücü yetərlidir?
- Ümid edirəm ki, yetərli olacaq. Şəxsən mən özümü buna hazır hiss edirəm. Heyətimiz genişdir. Ona görə də hər oyunda rotasiyaya əl atılır.

- Avroliqanın qrup mərhələsindəki ilk matçınızda qolsuz heç-heçə qeydə alındı...
- Kimə qarşı oynadığımızı yaxşı bilirdik. İlk oyunumuzda ilk xalımızı qazandıq. Unutmayaq ki, bu, bizim qrup mərhələsindəki ilk addımımız idi. Müəyyən mənada nəticədən razıyam. Amma qələbə də qazana bilərdik.

- Bəs bunu reallaşdırmağınıza nə mane oldu ki?
- Qol vurmaq üçün şansımız oldu. Ola bilsin ki, bəxtimiz gətirmədi. Amma rəqibin də qol vurmaq şansları var idi. Bütün bunları nəzərə aldıqda, nəticənin ədalətli olduğunu demək olar.

- Amma PAOK-un qrup ikinciliyi uğrunda mübarizə apardığını nəzərə alsaq, bu komanda ilə doğma meydanda heç-heçə etmək heç də uğurlu nəticə sayıla bilməz. Bununla razısınız?
- Əlbəttə, biz də qələbə qazanmağı çox istəyirdik. Siz özünüz də gördünüz ki, irəli atılmışdıq. Qol vəziyyətlərimiz də var idi. Amma məyus olmağa, ruhdan düşməyə də dəyməz. Çünki bu, debüt, ilk oyunumuz idi. Fikrimcə, qarşıdakı oyunlarda daha da yaxşı çıxış edəcəyik. Sadəcə, səhvlərimiz üzərində çalışmağımız lazımdır. Qarşıda daha çətin oyunlarımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.