22 sentyabr 2015 00:20
Vurğun Hüseynov: Yenidən Qəbələyə qayıtmağım üçün daha çox çalışmağım lazımdır
"Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:
"Matça yaxşı hazırlaşmışdıq. "Qəbələ" də çox güclü komandadır. Əfsuslar olsun ki, matçın sonunda səhvə yol verdik və qapımıza penalti təyin olundu. Uduzmalı deyildik. Artıq bu oyunu unutmağımız lazımdır. Sevindirici yeganə məqam komandanın oyundan-oyuna daha da artırmasıdır. Mən Qəbələdə kənar adam deyiləm. Bir neçə il burada çıxış etmişəm. Mənim yenidən "Qəbələ"yə qayıtmağım özümdən asılıdır. Bunun üçün daha çox çalışmalıyam". (СВС)
