21 sentyabr 2015 23:40
Qriqorçuk: Oyunumuzu daha yaxşılaşdırmaq istəyirik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq”.
