21 sentyabr 2015 20:40
Ural Qəbələnin rəqibini məyus etdi
Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Ural"la qarşılaşıb. Matç krasnodarlıların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 12 xalla 7-ci pillədə qərarlaşıb.
