21 sentyabr 2015 20:20
Məhəmməd Mirzəbəyov: Sumqayıtla oyunumuz asan olmayacaq
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları "Sumqayıt"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la oyunumuz asan olmayacaq. Çünki rəqibimizin yaxşı heyəti var. Uğurlu nəticəyə ümid edirik. PAOK-la oyundan sonra artıq özümüzə gəlmişik".
