21 sentyabr 2015 18:45

Coşqun Diniyev: Ötən gecə evə qayıtmadım

"Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (3:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Ötən gün siz atanız Şahin Diniyevin çalışdırdığı, qardaşınız Kərim Diniyevin formasını geyindiyiniz komandaya qol vurdunuz. Atanız oyundan sonrakı mətbuat konfransında zarafatyana bildirdi ki, yaxşısı budur evə gəlmə...
- Atamın çalışdırdığı komandaya qarşı oynamaq mənim üçün çətin idi. Bu, karyeramda ilk belə hal idi. Fikir verdinizsə, vurduğum qola heç sevinmədim. Bunu da atama görə etdim. Amma mən peşəkar futbolçuyam və komandamın uğur qazanması üçün əlimdən gələni etməyə borcluyam.

- Ötən gecə evə getdiniz?
- (gülür) Düzünü desəm, heç ötən gecə evə getməmişəm. Gəncədən gecə yarısı qayıtdıq. Ona görə də klubun bazasında qalmağa qərar verdim. Evə isə səhər getdim. Atam soruşdu ki, "niyə gəlmisən, kim lazımdır? (gülür). Atamın belə zarafatlarına alışmışam. Sonra oyunla bağlı bir az söhbət etdik.

- Azarkeş sayına görə son 9 mövsümün rekordunu müəyyənləşdirən bu oyunla bağlı nə deyə bilərsiniz?
- Futbolçular üçün azarkeş amili vacibdir. Tribunaların dolu olması futbolçuları yalnız motivasiya edir. Yaxşı gün alındı, hər iki komandanın ifasında keyfiyyətli futbol izləmək mümkün oldu. Amma ağır oyun oldu. Mənə elə gəlir ki, indiyə qədər çempionatın ən çətin qarşılaşması idi. Şadam ki, belə çətin səfər oyunundan qələbə ilə qayıtmağa nail olduq.

- Qarşıdakı "Neftçi" ilə prinsipial oyun var...
- Bu gün komandamıza istirahət verilib. Bu oyunun hazırlığına sabahdan başlayacağıq. Asan olmayacağını bilirik. Son illər bu iki komandanın oyunlarında prinsipiallıq daha da artıb. Əminəm ki, qarşıdakı oyun da istisna olmayacaq. Şübhəsiz ki, komandamız qələbəyə köklənəcək və uğur qazanmağa çalışacaq. Premyer Liqada liderliyi heç kimə vermək fikrimiz yoxdur.

- Avroliqa oyunlarında meydana təsadüfi hallarda çıxsanız da, çempionat matçlarında bütün görüşlərə ilk dəqiqələrdən çıxırsınız...
- "Qarabağ"ın heyətində hansı turnirdə meydana çıxmaq mənim üçün fərq etmir. Baş məşqçi Premyer Liqa oyunlarında mənə daha çox güvənirsə, deməli, belə lazımdır. Mən də öz oyunumla meydana çıxmağa layiq olduğumu göstərməyə çalışıram. Premyer Liqada legionerlərə limit var. Böyük ehtimalla ona görə start heyətdə məni meydana buraxırlar. Avroliqada isə daha təcrübəli futbolçular çıxış edirlər. Fikrimcə, təcrübə topladıqdan sonra komandamın bütün turnirlərdəki oyunlarında meydana çıxa biləcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.