Elnur Məmmədov Böyük oyun öncəsi bilet satışında yaranan problemdən danışdı
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"la oyuna bilet satışında yaranan problemlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunun başlamasına bir neçə dəqiqə qalmış oyuna bilet satışı ilə əlaqədar problem yaranmasından xəbərim var. Azarkeşlər kassaya yaxınlaşır, tribunada özünə yer seçir və yerindəcə onun üçün bilet çap olunur. Bu, internet vasitəsilə çalışan sistemdir. Amma matçın startından 5 dəqiqə əvvəl sistemdə problem yaranıb. Biz azarkeşlərimizdə günah olduğunu düşünmürük. Azarkeşlər həmişə haqlıdırlar. "Neftçi" bu xidmətləri daha da yaxşılaşdırmağa çalışacaq. Tezliklə azarkeşlərimiz üçün "qaynar xətt" də yaradacağıq. Hədəfimiz azarkeşlərlə klub arasındakı münsibətləri daha da yaxşılaşdırmaqdır".
