21 sentyabr 2015 16:45

Araz Abdullayev: Penaltini vura bilməməyim oyunumuza təsirini göstərdi

"Neftçi"nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirilmiş oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Böyük oyun"la bağlı nə deyə bilərsiniz?
- Oyuna yaxşı başlamışdıq. Penalti qazandıq, amma reallaşdıra bilmədik. Birinci hissədə yaxşı oynadıq. Sadəcə, penaltini vura bilməməyim oyunumuza təsir göstərdi. İkinci hissədə qol vurub, üç xal qazanmaq istəyirdik. Qol vurmağa nail olsaq da, üstünlüyümüzü qoruya bilmədik. Rəqib azlıqda çıxış etsə də, bizə qol vurmağı bacardıq. Halbuki, bu qol bizim üçün çox gözlənilməz oldu. Belə bir oyunda iki xal itirməyimiz çox üzücü oldu.

- Penaltini niyə vura bilmədiniz?
- Orxan Sadıqlı penalti epizodunda mənim topu hansı küncə vuracağımı yaxşı "oxudu". Amma mən buna görə ruhdan düşmədim. Uşaqlar da məni dəstəklədilər.

- İkinci hissədə siz cərimə zərbəsini vurarkən top rəqib futbolçunun əlinə dəydi. Siz qayda pozuntusunun cərimə meydançasında baş verdiyini iddia edirdiniz...
- Dəqiq görmədim. Amma hakimin rəqib futbolçular üçün çəkdiyi spreyin yerini nəzərə alsaq, penalti olduğunu demək olardı. Lakin hakim penalti təyin etmədi. Yan xətt hakimi də bildirdi ki, zərbə zamanı rəqib futbolçular irəli atıldığından top cərimə meydançasından kənarda ələ dəymişdi.

- Hakimlikdən razı qaldınız?
- Hakimlikdən danışmaq istəmirəm. Oyun yaxşı alındı.

- Nəticə oyuna görə oldu?
- "Xəzər Lənkəran"ı öz meydanımızda qəbul edirdik və qələbə qazanmaq istəyirdik. Lakin heç-heçə də bizi ruhdan salmır.

- Qarşıda "Qarabağ"la oyun var...
- Kiminlə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur. Yaxşı oyun sərgiləyib, nəticə əldə etməyə çalışacağıq.

- Deməli, "Qarabağ"la oyuna da "Rəvan"la görüşə olduğu kimi hazırlaşırsınız?
- Yeganə fərq ondadır ki, ağdamlılarla oyun üçün əlavə motivasiyaya ehtiyac olmur. Rəqibimiz adlı-sanlı komandadır. Biz də onlara qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.