21 sentyabr 2015 16:30

Yığmanın üzvləri uğurlu nəticə barədə danışdılar

Xəbər verdiyimiz kimi, 19 yaşadək qızlardan ibarət yığma komandamız Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb və qrup lideri kimi elit-raunda vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, bu gün vətənə dönən millinin bir neçə üzvü fikrini AFFA-nın rəsmi saytına bildirib:
 
Nigar Cəlilli: “Ən çətin oyunlarımızı keçirdik. Həm də məsuliyyətimiz böyük idi. Çox çalışırdıq, nəhayət, bu dəfə məqsədimizə nail olduq. Qazandığımız nəticəyə görə çox şadıq. Bu münasibətlə komanda yoldaşlarımı, bizi dəstəkləyən hər kəsi təbrik edirəm. Əziyyəti olanlara, hava limanına millini qarşılamağa gələnlərə təşəkkürümüzü bildiririk.
Qrup mərhələsi çərçivəsində 3 oyun keçirdik. Ən çətin oyunumuz Belçika millisi ilə oldu. Çünki onlar qrupun ən güclü komandası hesab edilirdilər”.
 
Aysun Əliyeva: “Qrup mərhələsi bizim üçün çox vacib idi. Oyunların çətin keçməyinə baxmayaraq, ölkəmizi layiqincə təmsil edə bildik. Üç oyundan maksimum xal toplamaqla ilkin seçmə mərhələni birinci pillədə başa vurduq. Elit-raunda yüksəldiyimizə görə çox sevinirik. Çalışacağıq ki, apreldə keçiriləcək elit-raund mərhələsində də ölkəmizi layiqincə təmsil edək.
Oyunlar arasında ən yaddaqalanı Belçika yığması ilə qarşılaşma oldu. Rəqibimiz güclü komanda idi. Ona görə qarşılaşma çətin keçdi. Böyükhesablı qələbə qazansaq da, ən çətin oyunumuz onlara qarşı oldu.

Əslində, üç oyunun hamısında qələbə qazanacağımızı gözləmirdik. Ancaq başlanğıc uğurlu alındı və bundan sonra komandada özünəinam yarandı. Nəticə isə göz qabağındadır.

Bizi elit-raundda çətin sınaq gözləyir. Komanda yoldaşlarıma inanıram”.
 
Süsən Mənsimova: “Oyunları yüksək səviyyədə keçirdik. Qadın futbolu tarixində bəlkə də ən uğurlu ilimizi yaşayırıq. İndiyə qədər belə bir uğur əldə etməmişdik. Bunun davamını elit-raundda da gətirməyə çalışacağıq.

Bu nəticə komandada özünəinamı artırdı. İlk oyunda qazanılan qələbə bizi həvəsləndirdi. Daha sonra həmin uğurun davamını gətirdik. Qazandığımız nəticələrdə AFFA-nın dəstəyi bizə çox kömək etdi. Bu dəstəyə, yaradılan şəraitə görə assosiasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.