21 sentyabr 2015 15:00

Kəpəz - Qarabağ matçında 9 mövsümün rekordu qeydə alındı

Topaz Premyer Liqasında son 9 mövsümün yeni rekordu qeydə alınıb. Azerisport.az xəbər verir ki, 5-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasını 20000 tamaşaçı izləyib.

Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudur. Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınmışdı. 2007-ci il fevralın 16-da Bakıda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplaşmışdı. 3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub. Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədir ki, tamaşaçı sayı 20000 və ya dana çox olur.

2004-15-ci illərdə 20000 və daha çox azarkeşim izlədiyi çempionat oyunları

2004/05

10.06.2005. Qızıl oyun.  “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Gəncə şəhər stadionu. 25000 tamaşaçı

2006/07

16.05.2007. “Neftçi” – “Xəzər Lənkəran” -  1:0 – 25000

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25000 tamaşaçı

2004/05

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı

2015/16

20.09.2015. “Kəpəz” – “Qarabağ” – 2:3

Gəncə şəhər stadionu. 20000 tamaşaçı

Qeyd edək ki, mövsümün əvvəlki turlarında qeydə alınan cəmi seyrçi sayı da “Kəpəz” – “Qarabağ” matçından az olub. İlk turunu cəmi 14000, II turu 16300, III turu 13350, IV turu 17400 tamaşaçı izləmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.