21 sentyabr 2015 13:20
Skuliç: Xorvatiyada hər kəs yığma komandanı Prosineçkinin çalışdırmasını istəyir
"Bakı"nın sabiq futbolçusu Ernad Skuliç Azərbaycan yığmasının baş məşqçisi olan həmyerlisi Robert Prosineçkinin Xorvatiya seçmə komandasının sükanı arxasına keçmək perspektivindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xorvatiyada hamı Prosineçkinin futbol professoru olduğunu deyir. Hamı yığma komandanı onun çalışdırmasını istəyir. Millimizin baş məşqçisi o olsaydı, indi çoxdan AÇ-nin final mərhələsinə vəsiqəni təmin etmişdik. Xorvatiya yığmasının son oyunlarda uğur qazana bilməməsi çox təəccüblüdür. Çünki komandanın heyətində Avropanın ən adlı-sanlı klublarında top qovan oyunçular var. Bütün futbolçular güclüdür. Amma yığma komanda onlarla nəyə nail olur? Heç nəyə".
