21 sentyabr 2015 11:15

Adrian Skarlatake: Son vaxtlar bizə tez-tez qırmızı vərəqə göstərilir

"Xəzər Lənkəran"ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Şadam ki, bu qədər çətin bir vəziyyətdə olduğumuz halda bir xal qazanmağa nail olduq. Biz bu arenada ilk dəfə "Neftçi"dən xal almağı bacardıq. Mənim qırmızı vərəqə almağım komandanı pis vəziyyətdə qoydu. Buna görə məni bağışlamalarını xahiş edir.

- Qırmızı vərəqə ilə razısınız?
- İkinci sarı vərəqə ilə razı deyiləm. Mən tərəfdən qayda pozuntusu var idi, amma sarı vərəqəsiz keçinmək olardı. Niyəsini bilmirəm, amma son dövrlər bizə çox qırmızı vərəqə göstərirlər.

- Siz meydanda qalsaydınız, nəticə fərqli ola bilərdi?
- Demək çətindir. Sadəcə, onu deyə bilərəm ki, qırmızı vərəqə anına kimi bizim qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Rəqibdən daha öncə hesabı aça bilərdik. Bir sözlə, qələbə qazanmağımız mümkün idi.

- Heç-heçədən razısınız?
- Hadisələrin gedişatını nəzərə alsaq, nəticədən razıyam. Biz azlıqda oynayırdıq, hesabda geridə idik, səfərdə çıxış edirdik. Amma bütün bunlara baxmayaraq, buraxılan qolun əvəzini çıxmağı bacardıq. Bu nəticə bizim üçün çox vacib idi.

- XL hətta indiki vəziyyətində də "Neftçi"yə uduzmadı...
- "Neftçi" yaxşı komandadır. Amma biz də zəif deyilik. Səfər oyununda azlıqda qaldığımız halda qol vurub, heç-heçə etməyimiz buna sübutdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.