21 sentyabr 2015 01:20
Adrian Skarlatake: Qırmızı vərəqə almağımdan narazıyam
"Xəzər Lənkəran"ın müdafiəçisi Ardian Skarlatake Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında cənub klubunun futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Şadam ki, uşaqlar mənim olmadığım dəqiqələrdə məğlubiyyətdən xilas olmağımıza, xal qazanmağımıza nail oldular. Gənclərdən ibarət komandamız var. Ona görə də bu nəticə pis deyil. Mənim qırmızı vərəqə almağıma gəlincə, hakimin ikinci sarı vərəqə göstərdiyi epizoddan narazıyam".
