21 sentyabr 2015 01:10
Elnur Cəfərov: Qırmızı vərəqə planlarımızı korladı
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun gənc futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qələbə qazanmaq istəyirdik. Amma qırmızı vərəqə bütün planlarımızı alt-üst etdi. Fikrimcə, ikinci hissəni demək olar ki, rəqiblə müqayisədə azlıqda keçirməyimizi nəzərə alsaq, nəticə tamamilə normaldır". (CBC)
