21 sentyabr 2015 00:50
Qarabağın rəqibi doğma meydanda uduzdu
Fransa çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi doğma meydanda "Loryan"la qarşılaşıb. Matç Ağdam klubunun rəqibinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Monako" 6 turdan sonra 8 xalla 11-ci pillədə qərarlaşıb.
