21 sentyabr 2015 00:30

Peskoviç: Mellinin belə manevr edəcəyini gözləmədiyim üçün qol buraxdıq

"Neftçi"nin qapıçısı Mixal Peskoviç Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, paytaxt klubunun heyətində keçirdiyi debüt matçından sonra bunları söyləyib:

"Bu görüşdə üç xal qazana bilərdik. Amma bəxtsizlikdən ələ düşən imkanları boşa verdik. Təəssüf ki, qələbə qazana bilmədik. Meydanda daha yaxşı təsir bağışlayan tərəf biz idik. Amma birdən artıq qol vurmağı bacarmadıq".

Qolkiper qol buraxdıqları epizodda müdafiəçi Xuan Alberto Melli ilə bir-birini başa düşməmələrinə də münasibət bildirib: "Həmin epizodda kimin səhvə yol verdiyini demək çətindir. Mən Xuanın topu uzaqlaşdıracağını düşünürdüm. Onun belə bir manevr edəcəyini, topu mənə buraxacağını gözləmirdim. Ona görə də elə vəziyyət yarandı və biz qol buraxdıq".

"Neftçi"nin debütantı hakimlikdən də narazı qalıb: "Xəzər Lənkəran"ın futbolçuları bu oyunda təxminən 10 dəqiqə vaxt öldürdülər. Amma hakim bütün bunlara göz yumdu".

Peskoviç bəyan edib ki, "Xəzər Lənkəran"la "Neftçi" arasındakı oyunların necə prinsipial əhəmiyyət daşıdığını öncədən də bilirmiş: "Bu komandaların duelinin "Böyük oyun" adlandırıldığını eşitmişdim. Azarkeşlər üçün bu, çox vacib oyun idi. Ona görə azarkeşlərimizin sayının necə çox olduğu göz qabağındaydı. Əvvəlki matçlarımızla müqayisədə bu görüşə daha çox azarkeş gəlmişdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.