20 sentyabr 2015 21:30
Tottenhem Qarabağdan sonra daha bir qələbə qazandı
İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
London klubu doğma meydanda "Kristal Pelas"la qarşılaşıb. Matç "Qarabağ"ın rəqibinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Tottenhem" hazırda 9 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
