20 sentyabr 2015 19:45

Şahin Diniyev: Coşquna dedim ki get özünə yer tap, daha evə gəlmə

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Yaxşı mübarizəli, qollu, azarkeşləri sevindirəcək oyun oldu. Necə planlaşdırmışdıqsa, penaltiyə qədər elə də oynadıq. İkinci hissədə isə planı dəyişdik. “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq ölümə bərabər bir şey olsa da, biz qorxmadıq. Qol vurmaq, oyunu xilas etmək üçün irəli atıldıq. İkinci hissədən razıyam. Düşünürəm ki, fərdi səhvlərdən sonra qollar buraxdıq. Mənə elə gəlir ki, “Qarabağ”la oyun hər bir oyunçu üçün, məşqçi üçün bir dərslikdir. Bu komanda ilə oyundan sonra üstün cəhətləri və səhvləri aydın görmək mümkündür. Heyətdə çatışmazlıqlar var. Mən hər dəfə ehtiyat oyunçulara baxanda matçı dəyişmək üçün adam axtarırdım. Düşünürəm ki,  futbolçular bu cür azarkeş dəstəyi qarşısında oynamağa borcludurlar.

Oyunda ilk qolu Coşqun vurdu. Sizə bir söz deyim. Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu: “2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula”. Oyundan sonra Coşquna zarafatyana dedim ki “get özünə yer tap, daha evə gəlmə”. Sözsüz, bütün bunlar zarafatdır. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdır. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.