20 sentyabr 2015 18:30
Qəbələ Sumqayıta məğlub oldu
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 5-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, turun qapanış matçında aşağıdakı nəticə qeydə alınıb:
Əvəzedicilərin çempionatı
5-ci tur
20 sentyabr
“Qəbələ” - “Sumqayıt” - 1:3
Qollar: Ehtiram Şahverdiyev, 47 - Xalid İbrahimov, 70. Ramil Ocaqov, 87. Əli Əlimərdanlı, 90.
