Bədavi Hüseynov: Tottenhemin futbolçuları oyunu saxlaya bilərdilər
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirilmiş oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun çox çətin keçdi. Rəqib fiziki baxımdan çox güclü idi. Biz qol vurandan sonra müdafiəyə keçdik. Amma iki anlaşılmaz qol buraxdıq. Mənə elə gəlir ki, ikinci qol zamanı ofsayd da var idi. Uşaqlar dayandılar, hakim isə oyunu saxlamadı. Biz "Tottenhem"dən zəif deyildik. Hamı onlarla bərabər səviyyədə mübarizə apardığımızı gördü. Əsas o idi ki, qorxmurduq. Üçüncü qol zamanı bizim kapitanı vurdular, yerdə qaldı. Həmin epizodda "Tottenhem"in futbolçuları oyunu saxlaya bilərdilər. Amma qaydalara uyğun olaraq öz oyunlarını davam etdirdilər və qol vurdular".
