Ansi Aqolli: Tottenhemin üzvləri də belə açıqlama verirsə...
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tottenhem"lə Avroliqa oyunundan sonra "Kəpəz"lə çempionat görüşünə köklənmək çox vacibdir. Bu şəhərdə futbol oynamaq çox xoşdur. "Kəpəz" yaxşı komandadır. Onlarla oyunda çox diqqətli olmalıyıq. "Tottenhem"lə görüşə gəlincə, biz ən yaxşı oyunumuzu sərgiləməyi çox istəyirdik. Matça da yaxşı başlamışdıq, hesabı açmışdıq. Eşitmişəm ki, "Tottenhem"in futbolçuları penalti olmadığını söyləyiblər. Halbuki, mənə qarşı cərimə meydançasında qaydanı pozmuşdular. Onlar da belə açıqlama verirlərsə, heç cavab da vermək istəmirəm. Sadəcə, ona təəssüflənirəm ki, səhvlər buraxdıq, meydanı məğlub tərk etdik. Başqa şanslarımız da oldu, amma yararlana bilmədik".
