20 sentyabr 2015 14:00
Yığmamızın futbolçusu 90 dəqiqə oynadı, komandası xal itirdi
Almaniya Qərb Regional Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Velbert"lə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.
