20 sentyabr 2015 13:30
Subaşiçin komandası yenə də məğlubiyyətlə üzləşdi
Serbiya Super Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Novi Pazar"la qarşılaşıb. Matç Subaşiçin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın start heyətində meydana çıxan və sonadək mübarizə aparan Subaşiç bu dəfə də komandasına heç nə ilə kömək edə bilməyib. Əksinə o, 35-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 6 xalla 16 klub arasında 15-ci pillədə qərarlaşıb.
