20 sentyabr 2015 13:00
Paşayev fərqləndi, komandası 1 xal qazandı
Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye klubu doğma meydanda Xarkov "Metallist"i ilə qarşılaşıb. Matç qolsuz başa çatıb. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb və 27-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında 13-cü pillədə qərarlaşıb.
