20 sentyabr 2015 01:20
İsrafilov oynamadı, Eybar ilk məğlubiyyətinə üzüldü
İspaniya La Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Madrid "Atletiko"su ilə qarşılaşıb. Əvvəlki üç oyununda 2 qələbə qazanıb, 1 heç-heçə etmiş futbolçumuzun komandası bu dəfə ilk məğlubiyyətinə üzülüb - 0:2. İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 7 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
