20 sentyabr 2015 00:35
Yunis Hüseynov: Böyük oyunda qələbəyə oynayacağıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubların hansı vəziyyətdə olmasından asılı olmayaraq, Böyük oyun əz aktuallığını itirməyib. FİFA-nın məlum sanksiyası səbəbindən hazırda sərəncamımda çox az futbolçu var. Demək olar ki, 12-13 futbolçunun ümdinə qalmışıq. BUna baxmayaraq, meydana çıxmaq imkanı olan oyunçularımız qarşıdakı matçın önəmini başa düşürlər. Meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Qələbəyə oynayacağıq".
