20 sentyabr 2015 00:25

Rikardinyo: Qəbələ əldə etdiyi uğurlarla kifayətlənməyə hazırlaşmır

"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu qolsuz bitən görüşdən sonra öncə bunları söyləyib:

"Heç-heçədən razıyam. "Qəbələ" yaxşı oyun sərgilədi, sonadək mübarizə apardı. PAOK-un çətin rəqib olduğunu öncədən də bilirdik. Ona görə də belə rəqiblə heç-heçə tamamilə normal nəticədir".

O, eyni zamanda komandasının əldə etdiyi uğurlarla kifayətlənmək istəmədiyini vurğulayıb: "Klub tarixi ərzində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq hüququ qazanmışıq. Amma biz bu uğurla kifayətlənmək istəmirik. Nə qədər bacarırıqsa, irəliləmək istəyirik. Heyətimizdə yaxşı futbolçular var. Komandamızın heyəti yaxşı komplektləşib".

Rikardinyonun sözlərinə görə, "Qəbələ" PAOK-un istədiyi futbolu sərgiləməsinə imkan verməyib: "Biz kompakt oyun sərgiləməyə çalışdıq. Rəqibə mümkün qədər az şans verdik. Bunun sayəsində də PAOK qol vura bilmədi. Baxmayaraq ki, biz özümüz də az şans əldə etmədik".

"Qəbələ"nin futbolçusu həmçinin rəqib komandanın ulduz futbolçusu Dimitar Berbatovdan da danışıb: "O, əla futbolçudur. "Mançester Yunayted" və digər aparıcı klublardakı çıxışını yaxşı xatırlayıram. Şadam ki, belə bir futbolçuya qarşı oynamaq şansı qazandım".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.