20 sentyabr 2015 00:15
Emil Balayevsiz Ayntraxt xal itirdi
Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Hamburq"la qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 8 xalla 7-ci pillədə qərarlaşıb.
