19 sentyabr 2015 19:20
Nazarov oynadı, komandası yenə uduzdu
Almaniya ikinci Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Paderborn"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarov bu qarşılaşmanın 46-cı dəqiqəsində, hesab 0:0 olarkən meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 15-ci pillədə qərarlaşıb.
