Şahin Diniyev: Qarabağın qələbə qazanmasına mane olmağa çalışacağıq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oynayacaq hər bir Azərbaycan klubunun baş məşqçisinin fikirləri eyni olur. Bu komandaya qarşı oynamaq çox çətindir. Biz bunu yaxşı başa düşürük. Amma biz mümkün qədər yaxşı oynamağa və "Qarabağ"ın qələbə qazanmasına mane olmağa çalışacağıq. Bu, bizdə nə dərəcədə alınacaq, oyun göstərəcək. Bu görüş həm də bizim nəyə qadir olduğumuzu göstərəcək. Həftəiçi Avropa Liqasında çətin səfər oyunu keçirmələrinə baxmayaraq, rəqibin bizimlə oyuna qədər bərpa problemi yaşayacağını düşünmürəm. Belə demək mümkünsə, onların bərabərsəviyyəli iki heyəti var. Hətta "Tottenhem"ə qarşı oynamayan futbolçuları da meydana çıxanlardan zəif deyil".
