19 sentyabr 2015 18:00

Rəşad Eyyubov: Tale məni yenidən bu komandaya gətirdi

“Hər şey tez bir zamanda baş verdi, danışıb razılaşdıq. “Kəpəz”ə keçdiyim üçün çox şadam. Digər variantlarım da vardı, amma baş məşqçi Şahin Diniyevlə danışandan sonra Gəncə klubunu seçdim”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni futbolçusu Rəşad Eyyubov söyləyib.

Transferi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verən futbolçu daha sonra bunları əlavə edib: “Kəpəz”in böyük tarixi var, bunu bilirəm. Azarkeşi də çoxdur, hər oyun komandanı dəstəkləyirlər. Açığı, hamının yaxşı tanıdığı kluba keçmişəm, məncə, komandanın təqdimata ehtiyacı yoxdur”.

Odessa futbol məktəbinin yetirməsi olan Rəşad Eyyubov 2011-ci ildə tarixi vətəninə gəlib. Həmin vaxt “Kəpəz”də baxışda olan oyunçu sonradan “Simurq”a keçmişdi: “Azərbaycana ilk gəlişimdə “Kəpəz”ə təklif olunmuşdum. İki həftə düşərgədə baxışdan keçdim, yəqin ki, hazır olmadığım üçün komandaya götürmədilər və başqa kluba keçəsi oldum. Tale məni yenidən bu komandaya gətirdi, indi oynamağa və kömək etməyə tam hazıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.