19 sentyabr 2015 14:30

Robert Prosineçki: Azərbaycanda çoxlu istedadlı futbolçu var

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan Yunanıstanın PAOK klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları dilə gətirib:

"Düzdür, Azərbaycan futbolunun böyük uğurları yoxdur. Amma tədricən hər şey yaxşılığa doğru dəyişir. Məsələn, indi birdən-birə iki Azərbaycan klubu - "Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu, Azərbaycan futbolu üçün çox ciddi naliyyətdir".

Prosineçki rəhbərlik etdiyi komandadan da söz açıb: "Yığma komanda da oyundan-oyuna artırır. Məndən öncə bu komanda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirdiyi dörd oyunun hamısında məğlub olmuşdu".

Xorvat mütəxəssis ölkəmizdə perspektivli uşaqların olduğunu söyləyib: "Azərbaycanda istedadlı uşaqlar var. Amma onların daha çox çalışmasına ehtiyac var. Burada yaxşı meydançalar, stadionlar var. Futbola çox böyük diqqət və qayğı var".

Millimizin çalışdırıcısı PAOK-u çalışdıran həmyerlisi və dostu İqor Tudordan da danışıb: "O, mənim ən yaxşı dostlarımdan biridir. Biz birgə Xorvatiya yığmasında çıxış etmişik. İqor indi PAOK-u çalışdırır. Ona bu postda uğurlar arzulayıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.