19 sentyabr 2015 00:30
Qarabağ artıq Gəncədədir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubunun qonağı olan "Qarabağ" artıq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Londondan birbaşa Gəncəyə yollanıb.
Qurban Qurbanovun komandası Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində məhz "Kəpəz"in qonağı olacaq. Bu üzdən də ağdamlılar birbaşa Gəncəyə getməyə üstünlük veriblər.
Qeyd edək ki, "Tottenhem"ə 1:3 hesabıyla uduzmuş "Qarabağ"ın "Kəpəz"lə oyunu sentyabrın 20-də keçiriləcək və saat 16:30-da start götürəcək.
