19 sentyabr 2015 00:05

Topaz Premyer Liqasında 5-ci tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 5-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun oyunları 3 gün ərzində baş tutacaq.

Turun açılış günü iki paytaxt derbisinə səhnə olacaq. AZAL öz meydanında “İnter”i qəbul edəcək. Bu klubların əvvəlki 26 oyununda AZAL 5, "İnter" isə 9 qələbə qazanıb. Qalan 12 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də "təyyarəçilər"in geri qaldığını görürük - 20:24. 27-ci paytaxt derbisinə 10-cu qələbə üçün çıxacaq “İnter” 7 oyundur rəqibinə uduzmur. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb. Səfərdəki son 6 qarşılaşmada xal qazanan “İnter” 4 il 5 aydır rəqib meydanında xalsız qalmır. Elə bu görüşdə də sözügedən komandanın favorit olduğunu söyləmək olar. Amma cari mövsümdə xala həsrət qalan Tərlan Əhmədovun komandası uğursuz gedişata son qoymağa çalışacaq.

Günün digər derbisində isə “Zirə” “Rəvan”la üz-üzə gələcək. Bu komandalar indiyə qədər qarşılaşmayıblar. Debüt mövsümünü keçirməsinə baxmayaraq, çox uğurlu çıxış edən zirəlilər bu görüşdən qələbə ilə ayrılmağa çalışacaqlar. Amma döyüşkən çıxışı ilə diqqət çəkən Emin Quliyevin komandası da ən azı bir xal üçün meydana çıxacaq. Bu üzdən də Zirədəki görüşün çox gərgin və maraqlı keçəcəyini gözləmək olar.

İkinci oyun günündə öncə “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. Gəncə və Ağdam klublarının əvvəlki 37 oyununda "Qarabağ"ın qələbə sayında minimal hesablı üstünlüyü var. Belə ki, gəncəlilər 14, ağdamlılar 15 dəfə qələbə qazanıblar. 8 qarşılaşmada isə tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Amma top fərqində "Kəpəz"in üstünlüyü var - 49:44. Gəncə təmsilçisi 12 oyundur bu rəqibinə qalib gəlmir. “Qarabağ”ın xal qazanmadığı son qarşılaşma 13 il 5 ay əvvəl baş tutub. Gəncə təmsilçisi son 3 görüşdə cəmi 1 qol vurub.

Günün daha bir maraqlı qarşılaşması “Neftçi” ilə “Xəzər Lənkəran” arasında baş tutacaq. Əvvəlki 33 oyunda bakılıların üstünlüyü var. "Ağ-qaralar" "böyük oyun"ların 12-də 3 xala sevinibsə, cənublular 7 dəfə belə uğura imza atıblar. Daha 14 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi"nin üstünlüyü var - 38:27. Premyer Liqadakı 34-cü “böyük oyun” öncəsi “Neftçi” 8 matçdır rəqibinə uduzmur. Paytaxt klubu son 7 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” səfərdə 5 oyundur xal qazanmır, 3 qarşılaşmadır qol vurmur.

Nəhayət, turun son matçında “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq. Bu klubların əvvəlki 12 oyununda qəbələlilərin aşkar üstünlüyü var - 10 qələbə. Cəmi bir dəfə sumqayıtlılar qalib gəldiyi halda, digər oyunda da heç-heçə qeydə alınıb. Top fərqində də "Qəbələ"nin aşkar üstünlüyü var - 27:8. Son 3 qarşılaşmada 2 qol vurulub. “Qəbələ” əvvəlki 12 matçın hamısında qol sevinci yaşayıb. “Sumqayıt” səfərdə xal qazanmayıb.

Topaz Premyer Liqası
5-ci tur

19 sentyabr (şənbə)

21:00. AZAL - “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Dalğa Arena”.

21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zirə İdman Kompleksinin stadionu.

20 sentyabr (bazar)

16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə şəhər stadionu.

21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena”.

21 sentyabr (bazar ertəsi)

21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Qəbələ şəhər stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.