18 sentyabr 2015 17:00

İdman Azərbaycan Qarabağ azarkeşlərinin ittihamlarına cavab verdi

"İdman Azərbaycan" telekanalı "Qarabağ" azarkeşlərinin, "İmarət" fan-klubunun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı açıq məktubdakı ittihamlara cavab verib. Azerisport.az xəbər verir ki, sosial şəbəkədə yayılmış həmin açıqlamada bunlar qeyd olunub:

"Dünən "İdman Azərbaycan" kanalı vasitəsilə tamaşaçılarımız Londondan "Tottenhem" - "Qarabağ" oyununu izlədilər. Məhz "İdman" Azərbaycan kanalı vasitəsilə azarkeşlərimiz doğma komandalarımızın avrokubok oyunlarını uzun illərdir ki, seyr edirlər. Bütün bunlara görə kanala təşəkkür edilməsinə ehtiyac yoxdur. Bu, bizim borcumuzdur və hər bir azərbaycanlının istəyini başa düşürük. Lakin müəyyən KİV hər bir işimizdə qənbərqulu tapmağa çalışır.

Dünən keçirilən oyun zamanı edilən irad isə aparıcıların şərhi olub. Bəzilərinin fikrincə, şərhçi həddindən az emosional olub. Halbuki, başqa vaxtlarda tənqidçilərimiz şərhlər zamanı aparıcıların həddindən artıq çığırdığını yazır. Bu məsələdə heç bir zaman ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Belə ki, hər bir insanın öz zövqü var və hərə bir cür aparıcılığı sevir. Məhz bu səbəbdən də heç bir şərhçi hamı tərəfindən sevilmir.

Bildirmək istəyirik ki, "İdman Azərbaycan" kanalı və orada çalışan hər bir kəs bütün komandalarımıza və idmançılarımıza eyni gözlə baxır və onların qələbəsini arzulayır. Şərhçilər də tamaşaçılar kimi oyuna adi televizordan baxır və şərh zamanı olan qüsurlar başadüşüləndir. Bütün bunlar televizor qarşısında əyləşənlər tərəfindən nəzərə alınmalıdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.