18 sentyabr 2015 14:15
Vitali Vernidub: Heç-heçədən razıyıq, amma daha artığını istəyirdik
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Kimə qarşı oynadığımızı yaxşı bilirdik. Unutmayaq ki, bu, həm də qrup mərhələsi çərçivəsindəki ilk oyunumuz idi. Debüt matçımızda bir xal qazana bildik. Müəyyən mənada nəticədən razı qala bilərik. Amma daha artığına nail olmaq istəyirdik. Bunun üçün şansımız da oldu. Sadəcə, bəxtimiz gətirmədi".
