18 sentyabr 2015 13:45
Qara Qarayev: Səhvləri aradan qaldırıb, evdə qələbəyə oynamalıyıq
"Qarabağ"ın müdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Biz oyuna yaxşı başlamışdıq. Amma sonradan diqqətsizliyə yol verdik və qapımızda qollar gördük. Sonradan yenə qol vurmaq üçün şanslarımız oldu. Hesabı bərabərləşdirə bilərdik. Amma rəqibin güclü təzyiqi nəticəyə təsirini göstərdi. Ev oyununda bu səhvlərimizi aradan qaldırmalı və qələbəyə oynamalıyıq".
