18 sentyabr 2015 12:45

Məqsəd Yaqubəliyev: Bakının akademiyası konveyrdir

“Bakı”nın uşaq futbol Akademiyasının koordinatoru, yerli mütəxəssis Məqsəd Yaqubəliyev klubun rəsmi saytına yeni mövsüm üçün akademiyanın planlarından danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Avqustun əvvəllərindən növbəti mövsümün hazırlıqları başlayıb. Komandaların hazırkı vəziyyəti barədə məlumat verərdiniz...
- Son mövsüm klubda yaranan maliyyə problemləri Akademiyanın işindən də yan keçmədi. Şükürlər olsun ki, bütün problemləri əl-ələ verərək geridə qoya bildik. Sıralarımızı həm məşqçilər həm də xeyli sayda futbolçu tərk etdi. Mövcud vəziyyətdə komandaları komplektləşdirmək nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməyi bacardıq. Bu həftə sifariş vərəqələrini AFFA-ya təqdim edəcəyik. Onu da qeyd edim ki, klubumuz bütün yaş qruplarında təmsil olunub.

- Cari mövsümdə “Bakı” I Divizionda Akademiyanın yetirmələrindən təşkil olunmuş komanda ilə çıxış edir. Buna münasibətiniz necədir?
- Bu gün nəinki “Bakı” öz yetirmələrindən ibarət komanda ilə çıxış edir, bütün Premyer Liqa komandalarında akademiyamızın yetirmələri kifayət qədərdir. “Bakı”nın akademiyası “konveyr”dir. Azərbaycan futbolu bu gün “Bakı”nın akademiyasının məhsullarından bəhrələnir. Bütün bunlar düzgün istiqamətdə çalışmağımızın nəticəsidir.

- Yeni mövsümdən akademiyada hansı yeniliklər olacaq?
- Bildiyiniz kimi, Respublikanın müxtəlif regionlarından seçilmiş istedadlı uşaqlar burada yaşayırlar. Ağır məşq prosesindən sonra, onların qidalanma və rahat istirahəti üçün hər cür şərait yaradılıb. Futbolçuların məşqlərə rahat gəliş gedişi üçün xüsusi avtobuslar ayrılıb. Yeniliklərimiz də az deyil. Bu mövsümdən həm müxtəlif mövqlerdə çıxış edən oyunçular, həm də qapıçılar üçün fərdi məşqlər təşkil olunub. Həftədə 3 dəfə bu məşqlərdə futbolçular texniki- taktiki çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışırlar.

- Gələn mövsümlərdə yeni Rəhman Hacıyevlər, Aqil Məmmədovlar, Namiq Ələsgərovlar, Nurlan Novruzovlar görə biləcəyikmi?
- Hal-hazırda əsas heyətimizdə kifayət qədər yüksək istedada malik yeni adlar var. Yaxın illərdə onlar, özlərindən söz etdirəcəklər. Bu ənənə akademiyamızda bu gün də davam edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.